Müsəlmanlar
Kredit götürən müəssisədə işləyən şəxsin məvacibi haramdır?

Kredit götürən müəssisədə işləyən şəxsin məvacibi haramdır?

Sual: Mən bir şirkətdə işləyirəm. Mühasibat işləri ilə məşğul oluram. İşim elədir ki, faizli hesablama əməliyyatları da aparmalı oluram. Bundan başqa şirkətimiz vəziyyətdən asılı olaraq bankdan kredit də götürür. Belə olan halda mənim o şirkətdən aldığım maaş mənə halaldır?

Cavab: Əsas olan heç bir formada faiz və bu kimi haram işlərlə məşğul olmamaqdır. Bununla belə, sualda qeyd olunan qazancın mənbəyinin qarışıqlığı kimi hallarda əldə olunan mənfəətin hansı yoldan gəldiyinə baxmaq lazımdır.

Əgər qazancın mühüm bir hissəsi haram xarakterli işləri görməkdən gəlirsə, onu tərk etmək lazımdır. Əgər böyük əksəriyyəti halal olduğu halda az bir hissəsi haram işlərdən gəlirsə, buna ümumi bəlvaya əsasən dözmək lazımdır. Lakin həmin məbləğ hesablanıb əldən çıxardılmalıdır. Yəni, bu cür məsləhət görülür.

http://www.muselmanlar.com/fitvalar/2300.html

Bankdan kredit götürən bir şirkət faiz yemir, əksinə, faiz verir. Buna görə də bu halda sizin qazancınıza faiz pulu qarışmır.

Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.