Müsəlmanlar
Rəfiqə ilə yaxınlıq da zina hesab olunur?

Rəfiqə ilə yaxınlıq da zina hesab olunur?

Sual: Mən subay bir oğlanam, bir rəfiqəm var. Onunla yaxınlaşırıq. Ancaq cinsi əlaqə baş vermir. Bu da zina hesab olunur?

Cavab: Zina bir kişi və qadının aralarında nikah olmadığı halda seksual münasibətdə olmağı deməkdir. Bu, həqiqi mənada birləşməyə deyilir. Cinsi əlaqə baş vermədən olan şeylər də zinaya daxildir. Amma bu hərəkətlərə görə fiziki bir cəza tətbiq olunmur. Misal üçün, həzrəti Muhəmməd (s. a. v.) əlin zinasından, eləcə də, gözün zinasından danışıb. O, bununla əlaqədar olaraq belə demişdir:

“Gözün zinası baxmaqdır.” ((Buxari, İstizan, 12.)) Eyni zamanda Allah təkcə zina etməyi deyil, ona yaxınlaşmağı da haram edib:

“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur.” (İsra,17/32.)

Ayədən məlum olur ki, zinaya yaxınlaşmaq belə, günahdır. Elə isə siz bir müsəlman kimi bu əməlinizə görə tövbə etməli, evlənənə qədər eyni işi bir də görməməlisiniz. Evlənənə qədər vaxtınızı oruclu keçirməyə çalışın. Çünki oruc tutmaq insanı tərbiyə edir . Peyğəmbərimiz bu barədə belə demişdir:

Cavanlar! Kimin maddi imkanı varsa, dərhal evlənsin. Kim də maddi imkanı yoxdursa, (müstəhəb) oruc tutsun. Çünki oruc onun üçün şəhvətin qarşısını alır”. ((Buxari, Nikah, 3; Müslim, Nikah, 1.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.