Müsəlmanlar

Bir qızla evlənmək məqsədilə uzun müddət dostluq etmək olar?

Sual: Siz bir suala cavab olaraq demisiniz ki, evlənmək məqsədi ilə bir-birini sevən insanlar danışa bilərlər. Əsas odur ki, tək başına qalmasınlar, əl-ələ tutmasınlar. Biz 8 ildir ki, danışırıq. 6-7 ildir ki, evlənmək istəyirik. Bizim vəziyyətimiz dini cəhətdən necə qiymətləndirilir?

Cavab: Sualınızda: “8 ildir ki, danışırıq”, – demisiniz. Bu, evlənmək məqsədilə bir-birini tanımaq demək deyil. Evlənmək niyyətiniz olan şəxslə bir-birinizi tanıya biləcək qədər vaxt keçirdikdən sonra (vəziyyətdən asılı olaraq) ya dərhal nikah hazırlığına başlamalı, ya da bu işə bir xitam verməlisiniz. Çünki bu məsələ artıq flirtə çevrilir (sizin məsələniz də bundan ibarətdir). Bu isə İslam dinində haramdır.

http://www.muselmanlar.com/fitvalar/1969.html

Bunları nəzərə alan İslam alimləri bildirirlər ki, insanların bu məqsədlə bir-birini tanımaq müddəti bir neçə ayla məhdudlaşır. Daha doğrusu, belə olmalıdır. Odur ki, bu 2 məsələni bir-birinə qarışdırmamaq lazımdır.

Bəs bu vəziyyətdə olan cavanlar dinə əsasən necə hərəkət etməlidirlər? Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə baxın:

http://www.muselmanlar.com/fitvalar/4751.html

http://www.muselmanlar.com/fitvalar/4754.html

http://www.muselmanlar.com/fitvalar/4755.html

http://www.muselmanlar.com/fitvalar/2544.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.