Sual: Türkiyədə rəsmi nikahdan xaric həyata keçirilən molla kəbini ilə alınan 2-ci arvadın miras hüququnda qanuni bir haqqı olmur. Beləcə, ədalət aradan qalxır. Elə isə İslamdakı çoxarvadlılığın mənası nədir?
Cavab: 1) Allahın halal etdiyi bir şeyə heç kəs haram deyə bilməz. Halallıq-haramlıq dini bir qaydadır. 2-ci arvadı rəsmi olaraq həyat yoldaşı hesab edib etməmək dövlətin qoyduğu qanunlarla əlaqədar bir məsələdir. Odur ki, halal-haram Allahın qoyduğu bir qaydadır. Buna kiminsə müdaxilə etməyə haqqı yoxdur.
2) Belə bir həyat yoldaşı öldüyü vaxt istər rəsmi, istərsə də dini nikahla olsun, hər ikisində də mirasda haqqı var. Əgər mirasdan ona pay verilməsə, verməyən günahkar olar. Ona görə də əgər belə bir məsələ varsa, onu notariusun vasitəsilə həll etməyə çalışmaq lazımdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.