Sual: İslam dini müxtəlifliyi qəbul edir? Yəni, bu din hazırkı dövrdə ABŞ-dakı kimi istəyənin istədiyi şeyi geyindiyi, eləcə də, yeyib-içdiyi bir cəmiyyəti təmsil edir, yoxsa İran və Səudiyyə Ərəbistanı kimi ideal həyat tərzini? Başqa cür desək, şəriətlə yaşayan cəmiyyət vacibdir? Həmin cəmiyyətdə yaşayanların hamısı hicabda olmalıdır, yoxsa bu qaydalar təkcə müsəlmanlar üçün qüvvədədir?
Cavab: Hər bir kəs etiqad azadlığına malikdir. Eynilə bunun kimi, hamının inandığı kimi yaşamaq azadlığı da var. Allah Təala Quranda bildirir ki, dində məcburiyyət yoxdur. ((Bəqərə, 2/256.)) Bu o deməkdir ki, dini məsələlərdə ikrahın – məcburiyyət və təzyiqin heç bir növü ola bilməz; nə etiqadda, nə də əməldə. İstəyən istədiyi kimi yaşaya bilər.
Elə isə sadəcə olaraq başqalarının cəmiyyətin sabitliyini pozan və əxlaqsızlığa səbəb olan hərəkətlərinin qarşısı alınmalıdır. Əks təqdirdə, dini yaşasın deyə, heç kəsə təzyiq göstərmək olmaz. Dini məsələlərdə insanlara: “Siz belə etməlisiniz, bunu yerinə yetirməlisiniz”, – deyə, təzyiq göstərmək olmaz.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/4160.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.