Sual: İla məsələsində gözləmə müddəti başa çatdıqdan sonra ər-arvad təzədən bir yerə cəm olmaq istəsələr, hansı şərtləri yerinə yetirməlidirlər? Ancaq və ancaq qadın başqa bir kişiyə ərə gedib qayıtdıqdan sonra evlənə bilərlər? Yoxsa burada belə bir şərt yoxdur?
Cavab: İla məsələsində and müddəti sona yetdikdən sonra meydana gələn talaq (boşanma) talaqi-bain adlanır. Bununla belə, bain talaq “kişinin tək tərəfli istəyi ilə ailə davam etmir” deməkdir. Halbuki burada 1 talaq baş verir.
Bu insanlar təzədən bir-birinə qayıdıb evlənmək istəsələr, sadəcə olaraq kəbin kəsdirməlidirlər.
Qadının başqa bir kişi ilə ailə qurmağına dair şərt 3 dəfə baş verən boşanmadan sonra qüvvədə olan bir şərtdir. Bu məsələdə isə belə bir şərt yoxdur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
QEYD: İla ərin arvadı ilə cinsi əlaqədə olmamaq üçün içdiyi andı ifadə edir və bu, qəzai boşanma səbəblərindən biri qəbul olunur. Ətraflı məlumat üçün Bəqərə surəsinin 226-227-ci ayələrinə baxın.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.