Müsəlmanlar
Dolya verən də alan kimi günaha batır?

Dolya verən də alan kimi günaha batır?

Sual: İslam dinində əlacsız qalıb müəyyən bir şəxs və ya dəstəyə dolya vermək məsələsinə necə baxılır? Bunu verən də alan kimi günahkar olur?

Cavab: Sualınızda nəzərdə tutdugunuz bac-xərac bir nəfər və ya bir qrupun başqasının mal və pulunu zorla – haqqı olmadığı halda almağı deməkdir. Bu, İslama əsasən böyük bir günahdır. Allah Təala belə buyurur:

Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin.” (Nisa, 4/29)

Abdulla ibn Amr adlı əshabə Muhəmməd peyğəmbərin  (s. a. v.) belə dediyini nəql etmişdir:

“Kim öz malını qoruduğu vaxt qətlə yetirilsə, şəhid hesab olunur.” ((Buxari, Məzalim, 34; Müslim, İman, 62.))

Bu kimi hallarda insan mal və pulunu əldən verməmək üçün var qüvvəsi ilə mübarizə aparmalıdır. Əgər hər tələb edənə xərac və hesab versə və malını zorla əlindən alanlar haqqında müvafiq orqanlara şikayət etməsə, bu halda günah və şər bir işə göz yumur və bunun günahını qazanır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.