Müsəlmanlar
Valideyn öz uşağına pay verilən şeyləri başqasına verə bilər?

Valideyn öz uşağına pay verilən şeyləri başqasına verə bilər?

Sual: Həddi-büluğ dövrünə çatmayan uşağa verilmiş hədiyyəni başqa bir insana vermək olar?

Cavab: Həddi-büluğ dövrünə çatmamış uşağın valideyni əksər hallarda onun adından çıxış edir. Bu məsələdə qayda belədir:

Valideyn azyaşlı uşağın mənafeyini düşünüb bəzi işlər görə bilər.

Sualınızdakı hədiyyə məsələsinə gəldikdə, burada onun mahiyyət və qiyməti əhəmiyyət daşıyır. Əgər qiymətli bir şeydirsə və başqasına verildiyi vaxt həmin uşaq ziyana məruz qalacaqsa, valideyn belə bir şey edə bilməz. Başqa cür desək, o hədiyyəni başqasına verə bilməz.

Lakin hədiyyə maddi mənada vacib bir məbləğ təşkil etmirsə və başqasına verildiyi vaxt uşaq zərərə düşmürsə, valideyn belə bir iş görə bilər.

Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.