Sual: İslam dinində çiy ət, çiy köftə, çiy basdırma və çiy sucuq yeməyin hökmü nədir?
Cavab: Bir şeyin haram olduğuna dair bir dəlil, yəni, ayə və yaxud hədis olmadıqca belə hesab dilir ki, o şey halaldır. Yeyilməsi haram olan şeyləır Qurani-Kərimdə bildirilib. Bunlar leş, tökülmüş qan, donuz əti və Allahdan başqasının adına kəsilmiş heyvanlardır. ((Bəqərə, 2/173; Maidə, 5/3; Ənam, 6/145 və Nəhl, 16/115.))
Peyğəmbərimizin hədislərində isə quruda yaşayan yırtıcı-vəhşi heyvanlar və yırtıcı quşları yemək də qadağan edilib . ((Əhməd ibn Hənbəl, 1/244, 289, 302, 326; Buxari, Zəbaih, 28-29, Tibb, 57; Müslim, Sayd, 12; İbn Macə, Sayd, 13; Əbu Davud, Ətimə, 25, Sünnət, 5; Tirmizi, Sayd, 9, 11, Ətimə, 6, 7, Siyər, 11; Nəsai, Büyu, 79.))
Allah Təala insanlara təmiz olanları yemək əmri buyurub:
“Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz (tayyib) olanlarından yeyin; əgər siz ancaq Allaha ibadət edirsinizsə, Ona şükür edin”. ((Bəqərə, 2/172.))
Digər ayələr üçün baxın: Bəqərə, 2/168; Maidə, 5/88; Ənfal, 8/69; Nəhl, 16/114; Taha, 20/81; Muminun, 23/51.
Allah donuz ətini haram edərkən onun murdar (rics) olduğunu bildirmiş (Ənam, 6/145), peyğəmbərimizin də təmiz olan şeyləri halal, murdar (pis) olan şeyləri də haram qıldığını (Əraf, 7/157) ifadə etmişdir. Buna əsasən bizim dinimizdə təmiz olan şeylər halal, natəmiz şeylər haramdır. Haqqında ayə yaxud hədis olmayan məsələlərdə hər şeyi nəzərə aldıqdan sonra bir fikir bildirmək lazımdır. Çiy ət, çiy köftə və çiy basdırma kimi şeylərin haram olduğuna dair hər hansı bir sübut yoxdur. Bu şeylər murdar da deyil. Elə isə bunları yemək olar.
Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.