Sual: Cümə günü azan oxunan kimi qadınlar evdə dərhal namaza başlaya bilərlər?
Cavab: Cümə namazını qılmaq üçün məscidə gedə bilməyən qadınlar həmin günün zöhr (günorta) namazını qılmalıdırlar. Bu da öz vaxtı başladığı vaxt qılına bilər. Bundan ötrü kişilərin Cümə namazını qılıb qurtarmaqlarını gözləmək lazım deyil.
Buna baxmayaraq dini kitablarda belə bir məlumat da var:
“Üzrlü və ya dustaq olanların Cümə günü şəhər yerində günorta namazını Cümə namazından qabaq, ya da sonra camaat halında qılmağı məkruhdur. Gərək bunlar günorta namazını Cümə namazı qılınıb qurtardıqdan sonra qılsınlar. Bu, müstəhəbdir. Çünki o vaxtadək ola bilər ki, onların üzrlü səbəbi aradan qalxsın.” ((Ömər Nasuhi Bilmən, Böyük İslam elmihalı.))
Fiqh məzhəbləri Cümə namazının qadınlara onsuz da vacib olmadığını düşünürlər. Ona görə də qadınları bu məsələnin xaricində hesab edirlər.
Cümə namazının qadınlara da vacib olub olmadığını öyrənmək üçün aşağıdakı keçidə baxın:
http://www.muselmanlar.com/fitvalar/1865.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.