Sual: Biz sahibkarlıq faliyyəti ilə məşğul oluruq, al-ver edirik. Nağq satışlarda 10 % endirim tətbiq edirik. Çeklə mal almağa gələn kliyentlərə isə bu endirimi etmirik. Bu halda onlardan nəsə bir artıq pul almış hesab olunuruq? Bu vəziyyətdə faizdən söhbət gedə bilər?
Cavab: Al-ver elə bir sahədir ki, burada satıcı malların qiymətini istədiyi formada müəyyən etmək ixtiyarına malikdir. Malı nağd alana bir, vədə ilə alana da digər bir qiymətə sata bilər. Əsas odur ki, alıcı aldadılmasın və arada razılaşma olsun. Qiymətin müəyyən edilməsində hər iki tərəfin də razılığı vacib bir amildir.
Bununla belə, faiz qadağasını heç vaxt pozmamaq lazımdır. Sizin qeyd etdiyiniz məsələdə faiz elementi yoxdur. Odur ki, mallarınızı bu cür sata bilərsiniz.
Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, ilahiyyat və iqtisad elmləri mütəxəssisi.))
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/728.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.