Müsəlmanlar

Kişi öldü. Arvadı, 1 oğlu, 2 qızı qaldı. Mirası necə bölüşdürmək lazımdır?

Sual: Mənim atam rəhmətə getdi. Varis kimi anam, 2 bacım və mən (oğul) qaldıq. İslam hüququna əsasən mirası öz aramızda nə cür pay etməliyik?

Cavab: İslam hüququna əsasən özündən sonra arvadı, 2 qız və 1 oğlu qalan kişinin mirası aşağıdakı kimi bölüşdürülməlidir:

Ölən kişinin arvadı (ananız) mirasın səkkizdə birini özünə götürməlidir. Yerdə qalan mallar qız və oğlan uşaqların arasında bölüşdürülür. Oğlan uşağı 2 qızın payı qədər hissə alır. Buna əsasən miras 32 paya ayrılır. Arvad səkkizdə bir olan 4 hissəni özünə götürür. Qalan 28 paydan oğlan uşağı 14 hissə, 2 qız da 7 pay olmaqla 14 hissə alırlar: 4+14+7+7=32.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.