Sual: Mənim bir qızım doğuldu. Adını Əsila qoymaq istəyirəm. Eşitmişəm ki, Quranda belə bir söz var. Uşağa belə bir ad qoymaq olar?
Cavab: Bundan əvvəl də qeyd etdiyimiz kimi, bir adı uşağa qoymaq üçün mütləq Qurandan hansısa sözü axtarmaq lazım deyil. Belə bir məcburiyyət və şərt yoxdur. Əlavə olaraq, Qurandakı hər sözü uşaqlara ad qoymaq da olmaz.
Əsila (أصيلا) sözü Ərəb dilində əsr namazının vaxtı, axşamüstü deməkdir. ((Baxın: Furqan, 25/5; Əhzab, 33/42; Fəth, 48/9; İnsan, 76/25.)) Uşağa belə bir ad qoymaq mənasızdır. Elə isə siz də qızınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyun.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.