Sual: Allah haqqında işlədilən müxaləfətun li-l-həvadis ifadəsi nə deməkdir?
Cavab: Bu ifadənin mənası belədir: Məxluqata oxşamamaq. Bu, Allahın səlbi (tənzihi) sifətlərindən biridir. Belə ki, Allahdan başqa hər bir şey sonradan yaranıb. Deməli, əzəli olan təkcə Allahdır. O halda əzəli olan Allah sonradan yaranan şeylərin heç birinə oxşamır. Sonradan meydana gələn şeylərə oxşamaq (həvadisə mümasələt) Allah barədə düşünülə bilməyən bir xüsusiyyətdir.
Allah Təala məxluqata aid xüsusiyyətlərdən – cism, cövhər (substansiya), ərəz (aksidensiya), forma, zaman, məkan (yer), miqdar (kəmiyyət, say), mahiyyət, üzv və sairə kimi şeylərdən uzaq və ucadadır. Aşağıdakı ayə buna əsas təşkil edir:
“(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.” (Şura, 42/11)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.