Müsəlmanlar

Qadınların hamama getməyi günahdır?

Sual: Qadınlar onlar üçün nəzərdə tutulmuş sauna və hamama gedə bilərlər?

Cavab: Övrət yerlərinin görülmə ehtimalı çox yüksək olduğuna görə hamama gedən qadınlar diqqətli olmalıdırlar. Allah Quranda həm kişilərə, həm də qadınlara baxışlarına hakim olmağı əmr edib. O, buyurub ki, övrət yerlərinizi örtülü saxlayın:

“Mömin kişilərə de ki, baxışlarını aşağı salsınlar və namuslarını (fərc) qorusunlar.”

“Mömin qadınlara da de, baxışlarını aşağı salsınlar və namuslarını (fərc) qorusunlar.” (Nur, 24/30-31)

Fərc kişi və qadının qabaq və arxasına, eləcə də onları əhatə edən yerə deyilir. Bu, diz qapağı ilə göbəyin arasındakı yerdir. Bu yerləri insanın həyat yoldaşından başqa heç kim görə bilməz. Qadın həmin yerlərini ərindən başqa heç kəsə göstərə bilməz. Ona görə də səbəbi nə olursa olsun, bir qadın başqa bir qadının yanında diz qapağı ilə göbəyinin arasını örtülü saxlamalıdır. Bu, ona vacibdir. ((Ginekoloji müayinə və doğuş kimi zəruri hallar istisna təşkil edir.))

Odur ki, qadınlar bu şərtlər daxilində hamam və saunaya gedə bilərlər.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/1835.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.