Sual: İslam dinində Üveysilik deyilən bir məfhum var? Əgər varsa, ona münasibət necədir?
Cavab: Üveysi sözü Veysəl Qərani kimi olan deməkdir. Təsəvvüf mədəniyyətində bir təriqət şeyxinin ardınca gedib süluk yolunu keçməyən, bununla belə, həzrəti peyğəmbərin və yaxud bir övliyanın ruhunun təsiri ilə tərbiyə və irşad səviyyəsinə çatanlara üveysi deyilir.
Bu şəxslərin Veysəl Qəraninin adı ilə adlandırılmağının səbəbi peyğəmbəri görmədiyi halda qiyabi olaraq onun təlim-tərbiyəsindən keçdiyinə dair inanışdır.
Ruhlarla rabitə yaratmaq, ya da onlardan kömək istəmək, onlardan təlim-tərbiyə və təhsil almaq anlayışı İslam dininə ziddir. Bu anlayış Taoizm, Buddizm və Yəhudilik kimi təlim və dinlərin təsiri ilə təsəvvüfə də daxil olub.
“Quranın işığında vasitəçilik və şirk” adlı kitabımızda bu barədə ətraflı məlumat var. Aşağıdakı keçiddən kompyuterinizə yükləyib oxuya bilərsiniz:
http://www.muselmanlar.com/kitablar/4411.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.