Sual: Muhəmməd peyğəmbər Xəndək döyüşündə bir neçə vaxt namazını keçirib? Deyilənə görə belə olub, sonra namazlarını qəza edib. Bu nə dərəcədə düzdür?
Cavab: Peyğəmbərimiz o vaxt namazı yaddan çıxartdığı üçün qıla bilməyib. Yadına düşdüyü vaxt qılıb.
Bunun hansı vaxt namazı üçün baş verdiyinə dair rəvayətlər var. Güclü hədis rəvayəti ikindi (əsr) namazı olduğunu göstərir.
Tirmizinin əsərində qeyd olunan hədis rəvayətinə əsasən peyğəmbərimiz 4 vaxt namazını keçirib. Bundan sonrakı rəvayətdə isə həmin namazın ikindi namazı olduğu bildirilir.
Yaddan çıxartmaq, bir şeyi unutmaq insanın təbiətində olan bir şeydir.
Namazı vaxtında qılmaq lazımdır. Bilə-bilə qəzaya saxlamaq olmaz, günahdır. Yəni, heç kim heç bir üzrlü səbəb olmadan: “Əşi, sonra qılaram”, – deyib namazını qəzaya qoymamalıdır.
Bir şəxsin namazı ya yuxu, ya unutduğu üçün, ya da qılmağını qeyri-mümkün hala gətirən fiziki şərtlər ucbatından qəzaya qala bilər. Bunların xaricində namazı qəzaya saxlamaq günahdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.