Müsəlmanlar

“1 saatlıq təfəkkür 1 illik əlavə ibadətdən yaxşıdır” hədisi var?

Sual: Deyirlər ki, belə bir hədis var: “1 saat düşünüb təfəkkür etmək 1 il əlavə ibadət etməkdən xeyirlidir.” Belə bir hədis həqiqətən də, var? Varsa, mötəbərdir?

Cavab: Bu hədis rəvayəti mənbələrdə aşağıdakı kimi qeyd olunur:

تفكر ساعة خير من عبادة سنة

“1 saat təfəkkür etmək 1 il ibadət etməkdən xeyirlidir.”

Bu hədisi öz əsərində qeyd edən Əliyyu-l-Qari bu sözün Səri əs-Səqatiyə aid olduğunu  bildirib . ((Baxın: Əliyyu-l-Qari, əl-əsraru-l-mərfua, s. 175.))

Müxtəlif hədis alimləri bu sözün uydurma olduğunu bildiriblər. ((Süyuti, əl-ləali-l-məsnua, 2-ci cild, s. 276; Şövkani, əl-fəvaidu-l-məcmuə, s. 251.))

Nəticə olaraq, belə bir hədis yoxdur.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Bir saat elmlə məşğul olmaq bir illik ibadətdən daha xeyrlidirmi?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.