Müsəlmanlar

Kimin meyyit namazını qılmaq olar, kimin yox?

Sual: Deyilənə görə bəzi adamlara meyyit namazı qılmaq olmaz. Bu nə dərəcədə düzdür? Söhbət kimlərdən gedir? Ümumiyyətlə kimin meyyit namazını qılmaq olar, kimin yox?

Cavab: Günahkar olsa belə, müsəlmanların və müsəlman ölkəsində ölən və ya qətl edilən və dini mənsubiyyəti ilə əlaqədar bir şey bilinməyənlərin meyyit namazı qılınır.

Mənbələrdə qeyd edilir ki, həzrəti Muhəmməd zina kimi böyük günah edən şəxsin meyyit namazını qılıb. ((Müslim, Hüdud, 24 (1696).))

Allah bəzi münafiqlərin iç üzünü göstərib. Quranda onlarla əlaqədar olaraq belə deyilir:

وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ

“Onlardan biri ölsə, qətiyyən namazını qılma. Qəbrinin üstündə də dayanma. Çünki onlar Allahı və Onun elçisini qulaq ardına vurdular və günahkar olaraq öldülər.” (Tövbə, 9/84)

Kafirlik Allahı və Onun elçisini qulaq ardına vurmaq deməkdir. Yuxarıdakı ayə kafir olduğu bilinənlərin meyyit namazını qılmağı və onlar üçün qəbir üstünə getməyi qadağan edir.

Yeri gəlmişkən, ölü doğulan körpələrin meyyit namazının qılınıb qılınmaması ilə əlaqədar cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/336.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.