Müsəlmanlar

Peyğəmbərin nəslindən gələnlərə nə deyilir?

Sual: Həzrəti Muhəmmədin nəslindən gələn şəxslərə nə deyilir?

Cavab: Həzrəti Muhəmməd peyğəmbərin (s. a. v.) nəslindən gələnlərə “peyğəmbərin nəslindən gələnlər” deyirlər.

Peyğəmbərimizin nəvələri olan həzrəti Hüseynin nəslindən gələnlərə seyyid, həzrəti Həsənin nəslindən gələnlərə isə şərif deyirlər. Hər ikisinin nəslindən gələnlərə də seyyid-şərif adı verilir.

Bununla belə, bunlar sonradan meydana gələn adlandırmalardır. Bu məsələdə heç kimin başqalarından fərqi yoxdur. Bütün insanlar Adəmin nəslindən gəlirlər. Adəm əleyhissəlam da Allahın bir peyğəmbəridir.

Başqa cür desək, Allah Təala heş kəsdən: “Sənin ata-anan kimlər idilər”, – deyə, soruşmayacaq. Allah insanları haqq-hesaba çəkdiyi zaman onların özlərinin kim olduqlarını, bu dünyada nə iş gördüyünü sorğu-sual edəcək.

Bir nəfərin nəslindən gəlmək anadangəlmə bir haldır. İnsan belə şeyləri özü seçmir. Bunlar Allah tərəfindən müəyyən olunur; yəni, Onun təqdiridir. İnsanın özünə aid olan şey, məhz özünün gördüyü işdir:

“İnsana ancaq öz əməyi qalar.” (Nəcm, 53/39)

Odur ki, heç kəs: “Mən filankəsin nəslindən olum”, – deyib ciddi-cəhd sərf etmir. Ona görə də bu kimi qeyri-iradi baş verən şeylər insanın özünün deyil.

Təbii ki, peyğəmbərin nəslindən olmaq çox gözəl bir haldır. Amma sırf bu səbəbə görə insana heç bir şey verilmir. Ona öz əməyinin nəticəsi qalır.

Bəzi insanlar seyyid və şərifləri günahsız hesab edirlər. Halbuki, bu məsələdə bir hülul əqidəsi var. Yəni, guya Allah bəzi şəxslərin bədənində təcəlli edir. Əgər belə olduğunu qəbul etsək, onda o insanların tanrılaşmış olduğunu (Allaha məxsus bütün xüsusiyyətlərin onda mövcud olduğunu) da qəbul etməli olarıq.

Bu kimi şəxslərə tərif yağdıranlar var. Əslində belə edənlərin özləri də dediklərinə inanmırlar. Özləri də yaxşı bilirlər ki, belə bir şey mümkün deyil. Ancaq insan bir yerdə bir yalan danışır, sonra ona özü də ona inanmağa başlayır. Yəni, yalan onda bir növ vərdişə çevirilir.

Buna baxmayaraq arabir də olsa, bunun səhv olduğunu anlayır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/3985.html

http://www.muselmanlar.com/fitvalar/532.html

http://www.muselmanlar.com/fitvalar/2287.html

http://www.muselmanlar.com/fitvalar/1892.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.