Sual: Dinin əsas məqsədi nədir? Gözəl əxlaqda malik olmaq?
Cavab: Dinin əsas məqsədi insanın Allahdan başqa bir varlığa qul (bəndə) olmamağını təmin etməkdir. Azad yaradılan insanın Allahdan başqa bir varlığa qul olmamağı onun öz xilqətinə müvafiq qaydada yaşamağı deməkdir. Əxlaq da xilqətə uyğun yaşamaq deməkdir.
Quranda belə deyilir:
“Sən üzünü doğru-dürüst bu dinə – Allahın fitrətinə tərəf tut. Allah insanları bu fitrətlə xəlq edib. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir.” (Rum, 30/30)
Deməli, bu dinə tabe olan insan xilqətinə müvafiq hərəkət etdiyi üçün olduqca əxlaqlı da olur. Bunun ən yaxşı şəkildə həyata keçirən Allahın elçisi olub. Allah Quranda bununla əlaqədar olaraq belə deyir:
وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ
“Sən həqiqətən də, böyük əxlaq sahibisən!” (Qələm, 68/4)
Həzrəti Aişə də ondan soruşulan bir suala cavab olaraq Allahın elçisinin əxlaqının Quran olduğunu deyib. ((Müslim, Səlatu-l-müsafirin, 139 (746).))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazıya da baxın:
http://www.muselmanlar.com/fitvalar/2275.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.