Müsəlmanlar
Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır?

Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır?

Sual: Siz əvvəlki dərslərinizin birində qeyd etmişdiniz ki, Qaf surəsinin 16-18-ci ayələrinə əsasən Allahdan başqa heç bir varlıq bizim ürəyimizdəkiləri bilə bilməz. Əlavə etmişdiniz ki, bizim sağ və sol tərəflərimizdə ağzımızdan çıxan sözləri və etdiyimiz hərəkətlərimizi yazan mələklər var. Sualım budur: Əgər ürəyimizdən keçirdiyimiz şeylərin, eləcə də, zikr və duaların bir savabı varsa, onları kim yazır?

Cavab: Mələklərin bir şeyi yazmağı üçün də Allahın əmri lazımdır. Əsas odur ki, dualarımızı qulağımızın eşitdiyi qaydada edək. Bu vaxt onları mələklər də eşidir və yazırlar. Bu, onlara Allah tərəfindən verilən bir tapşırıqdır. Bununla əlaqədar olan Quran ayələri var:

insanın hərəkət və danışığını qeyd etmək üçün biri sağında, digəri də solunda olmaqla iki mələyə tapşırıq verilib. Sağdakı mələk insanın yaxşı söz və hərəkətlərini, soldakı isə pis əməl və sözlərini yazıb qeyd edir. Bununla əlaqədar bəzi Quran ayələri aşağıdakı kimidir:

“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/16-18)

“Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər (kiramən katibin: كِرَامًا كَاتِبِينَ) vardır.

Onlar sizin nə etdiklərinizi bilirlər.” (İnfitar, 82/10-12)

“Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır.” (Zuxruf, 43/80)

İman qəlbdə olur. Başqa sözlə desək, ürəkdə olanı ancaq Allah bilir və yazdırmaq istədiyi vaxt yazdırır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.