Sual: Bizim şərikli bir firmamız var. Mənim payım 17 % təşkil edir. Yük maşını və dəzgahlar üçün avadanlıq alacağıq. Mən şəriklərimə deyirəm ki, iştirak bankına müraciət edək. Onlar da: “Faizli banklarla işləmək daha yaxşıdır”, - deyirlər. Məgər faizli banklardan lizinq vasitəsilə yük maşını almaq olar? Belə bir şey dini cəhətdən düzgündür? Əgər düzgün deyilsə və faizli bankdan maşın və avadanlıq alınsa, mən nə edim? Firmadan çıxım?
Cavab: Lizinq bəzi çatışmazlıqları olsa da, hazırkı dövrdə yaşayan İslam alimləri tərəfindən caiz hesab edilən bir sistemdir. Bu işin faizsiz işləyən banklarla görülməyi məsləhət görülür. Ancaq bu, mütləq bir şərt deyil. Onsuz da faizlə işləyən banklar qanuna əsasən birbaşa özləri lizinq əməliyyatı apara bilməzlər. Onlar bunu sadəcə olaraq öz törəmə müəssisələrinin vasitəsilə həyata keçirə bilərlər.
Nəticə olaraq deyək ki, sizin almaq istədiyiniz maşın və avadanlıqları iştirak bankları ilə almağınız mümkün deyilsə, digər lizinq şirkətlərinə müraciət edə bilərsiniz. Çünki məhz lizinq əməliyyatının özü dini cəhətdən müvafiq hesab edilir.
Şərikləriniz bu cür bir seçim etdikləri vaxt dini baxımdan sizin onlardan ayrılmağınız lazım deyil.
Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə)
Yeri gəlmişkən, lizinqlə əlaqədar digər bir sual-cavabla burada tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1097.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.