Sual: Sünnəti-müəkkədənin mənası nədir? Bunun Qurandan bir əsası var?
Cavab: Sünnət kəlməsinin Quran və Sünnədəki ((Sünnə sözü Ərəb dilində adət-ənənə, gedişat, tutulub gedilən yol, cığır, qanun və rəvayət kimi müxtəlif mənalarda işlənir. Qurani-Kərimdə isə bu söz sabit qanunları bildirmək məqsədi ilə işlədilmişdir. Sünnə bir termin olaraq dini ədəbiyyatda həzrəti Məhəmmədin bütün kəlam, davranış, mülahizə, fikir və rəylərinin məcmuyunu ifadə edir.)) mənası qanun deməkdir. Bizim başa düşdüymüz formada isə həzrəti Muhəmmədin (s. a. v.) Qurana əsaslanan hərəkət və əməllərini bildirir.
Müəkkədə sözü isə təkid edilmiş, güclü deməkdir. Bu, dini ədəbiyyatda peyğəmbərimizin əksər hallarda yerinə yetirdiyi, nadir hallarda tərk etdiyi əməllər haqqında deyilən bir sözdür.
Bizim başa düşdüyümüz mənada hansı sünnə əməl olursa olsun, onu yerinə yetirməyən, təkcə fərz (vacib) ibadətini yerinə yetirən insan nəticə etibarilə öz öhdəliyini yerinə yetirmiş olur. Həzrəti Muhəmməd bizim üçün hər bir məsələdə nümunədir. Onun nümunə olmağı bizim üçün olduqca vacibdir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.