Müsəlmanlar

Mələk Mikail

Sual: Mikail kimdir? Mikail sözünün mənası nədir? Quranda konkret olaraq belə bir söz var? Bəs hədislərdə?

Cavab: Mikail Quranda adı çəkilən 4 böyük mələkdən biridir. Yağış yağdırmaq və bitki bitirmək kimi təbiət hadisələrini tənzimləmək və məxluqatın azuqəsini idarə etmək ona həvalə olunub.

Mikail sözünün mənası İbrani (yəhudi) dilində “Kim Tanrı kimidir?” deməkdir. Bu söz müxtəlif dillərdə Mixail, Mihael, Mikael, Maykl, Mikal və sairə kimi yazılır və tələffüz edilir.

Bizim dilimizdə yazılış və deyilişi Mikayıldır.

Bu söz Quranda 1 ayədə – Bəqərə surəsinin 98-ci ayəsində “Mikal” formasında qeyd edilir:

“Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrail və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.”

Həzrəti Muhəmmədin (s. a. v.) hədislərində də bu ada rast gəlmək mümkündür. ((Baxın: Buxari, Əzan, 148; Müslim, Səlat, 200, Fəzail, 46-47; Tirmizi, Mənaqib, 17 və sairə.))

Bu məsələyə dair hədislər və ətraflı məlumat üçün Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((30-cu cild, İstanbul, 2005, s. 45-46. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz.

http://www.muselmanlar.com/fitvalar/4553.html

http://www.muselmanlar.com/fitvalar/4847.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.