Müsəlmanlar
Mirası təkcə böyüklər alıb balacalara bir az versələr, olar?

Mirası təkcə böyüklər alıb balacalara bir az versələr, olar?

Sual: Bir nəfər öldü. Ana, həyat yoldaşı və uşaqları qaldılar. Onlar ölən adamın mal-mülkünü miras qaydalarına əsasən bölüşdürməsələr, yəni, hər şeyi ölənin ata-anası alsa və uşaqlara hər il bir qədər pay versələr, yerdə qalanla da uşaqlar onların evinə gedib gəldikcə nəyəsə qonaq etsələr, olar? Miras məsələsində bu cür bir mövqe tutmaq İslama nə dərəcədə müvafiqdir?

Cavab: Xeyr, bu, İslam dininə müvafiq deyil. Çünki Allah Təala miras mallarının dərhal varislərin arasında pay olunmalı olduğunu bildirir. Bu elə bir məsələdir ki, burada bir çox insanın hislərindən sui-istifadə edilir. Misal üçün, ana deyir ki, filan şey mənimdir. Baba deyir ki, yox, bizimdir.

Həqiqətən də, bu, qəribə bir işdir. Belə ki, kişi (ata) və qadın (ana) sağ olduqları vaxt onların uşaqları valideynlərinə aid olan şeylər haqqında haqlı olaraq: “Filan şey bizimdir, filan ev, filan bağ bizimdir, bizim filan yerdə belə bir obyektimiz var”, – deyirlər. Həmin əmlak və malların qeydiyyatı kimə aiddirsə, o öldüyü vaxt qalanların arasında qarışıqlıq və inciklik yaranır. Belə şeylər İslama müvafiq deyil.

Odur ki, mirası Allahın əmr etdiyi qaydada bölüşdürmək lazımdır. Bu məsələdə ağsaqqal və ağbirçəklər xüsusilə diqqətli olmalıdırlar. Bundan sonra kim öz payından kimə nə vermək istəsə, verə bilər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.