Müsəlmanlar
Uşağa Əğniya adı qoymaq olar?

Uşağa Əğniya adı qoymaq olar?

Sual: Əğniya sözünün mənası nədir? Quranda belə bir söz var? Qız uşağına Əğniya adı qoymaq olar?

Cavab: Ərəb dilində əğniya sözünün lüğəvi mənası varlılar deməkdir. Sözün tək forması ğanidir (qəni).

Quranda əğniya sözünə aşağıdakı ayələrdə rast gəlmək mümkündür:

“Allah yolunda xidmətə qapılıb qalmış ehtiyac sahiblərinə xərc çəkin. Onlar yer üzündə gəzib dolaşmaq imkan tapa bilmirlər. Həya etdiklərinə görə tanımayan adam onları varlı (اغنياء) hesab edir. Sən onları simalarından tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.” (Bəqərə, 2/273)

“Allah kasıbdır, biz isə varlıyıq (اغنياء) !”– deyənlərin sözünü Allah əlbəttə ki, eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və (onlara) deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!” (Ali-İmran, 3/181)

“Cavabdeh hesab olunacaqlar varlı (اغنياء) olduqları halda səndən icazə istəyənlərdir. Müxaliflərlər birgə qalmaq onların xoşuna gəlmişdi. Allah onların qəlblərinin üstündə ayrı bir təbiət formalaşdırdı. Artıq bilmirlər!” (Tövbə, 9/93)

Bu sözün Quranda olmağı o demək deyil, onu uşağa ad qoymaq olar. Əlavə olaraq, bir adı uşağa qoymaq üçün onun Quranda olmağı şərt deyil.

Buna görə də yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib bir ad qoyasınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.