Müsəlmanlar

İnsanların dərin mənalı sözlərini hikmət adlandırmaq olar?

Sual: Hikmət təkcə peyğəmbərin hədisləridir? Yoxsa bəzi şəxslərin dərin mənalar ehtiva edən sözlərinə də hikmət demək olar?

Cavab: Hikmət sadəcə olaraq peyğəmbərimizin (s. a. v.) hədisləri deyil. Allah Quranın Bəqərə surəsinin 269-cu ayəsində belə buyurur:

“Allah lazımi ciddi-cəhd və səyi göstərən və lazımi işləri görənə hikmət bəxş edir.”

Hikmətin digər adı furqandır. Furqan düzgün olanla səhv olanı bir-birindən ayırd etmək deməkdir. Allah bunu kimə verəcəyini də bildirir:

“Ey iman gətirənlər! Əgər Allahdan qorxub çəkinsəniz, O sizə haqla nahaqqı ayırd etmə bacarığı (furqan) verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.” (Ənfal, 8/29)

Misal üçün, Loğman bir peyğəmbər deyil. Bununla belə, Allah bildirir ki, ona hikmət verib.

İbn Abbas da peyğəmbər deyil. Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) onu uşaq vaxtı qucağına almış və: “Ey Rəbbim! Buna hikmət ver”, – deyə, dua etmişdir.

Bir sözlə, hikmət düzgün hökm deməkdir. Peyğəmbərimiz düzgün hökmə nail olaraq bizə hikməti öyrədib. Oradan öyrəndiyimiz metodla bunu biz də həyatın hər bir sahəsinə tətbiq edə bilərik.

Hikmət elə bir şeydir (elə bir düzgün bilikdir) ki, həm din, həm elm, həm də bütün bəşəriyyət onda həmfikirdir.

Nəticə etibarilə hikmət təkcə peyğəmbərimizə məxsus deyil. Elə buna görə də o, ayrı bir vəhy deyil. Əgər ayrı bir vəhy olsaydı, bu sahədə bizim əlimizdən heç nə gəlməzdi. O, bir metodu tətbiq etməyin nəticəsində əldə olunan bilik deməkdir.

Suala cavab verdi: Abdulaziz Bayındır ((İstanbul Universitetinin müəllimi, professor.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.