Sual: Quranda deyilir ki, mallarınızı ağılsızlara verməyin. Bu nə deməkdir? Ayədə nəzərdə tutulanlar kimlərdir? Misal üçün, bir iş yerinin səriştəsiz müdir və mühasibi və ya bir evin xanımı da bu kateqoriyaya daxil ola bilər?
Cavab: Bəli, Qurani-Kərimdə belə bir ayə var:
“Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.” (Nisa, 4/5)
Bəli, bu “səfeh-ağılsız” qrupuna hamı daxil ola bilər. İstər müdir olsun, istərsə fəhlə yaxud da kassir və ya mühasib. Əgər ona tapşırılan işi layiqincə yerinə yetirə bilmirsə, yəni, o işdə müvəffəq ola bilmirsə, deməli, ona qabil deyil. Allah Quranda buyurur ki, əmanətləri öz əhlinə verin. Yəni, hansı sahədə olursa olsun, o işi lazımi qaydada görmək qabiliyyətinə malik olanlara.
Nəticə etibarilə vəziyyətdən asılı olaraq hamı bu təbəqədən ola bilər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.