Sual: Xeybər sözünün mənası nədir? Bu sözü uşağa ad kimi qoymaq olar?
Cavab: Xeybər Səudiyyə Ərəbistanında Mədinə şəhərinin təqribən 180 km şimalında başlayan və dənizdən 850-1000 km yuxarıda yerləşən, ətrafında vulkanik torpaqlar olan geniş bir ərazinin adıdır. Bəzi mənbələrdə qeyd olunur ki, Xeybər sözü o ərazidə yaşayan yəhudilərin dilində qala mənasını daşıyır. Bu barədə ətraflı məlumat üçün aşağıdakı mənbəyə baxa bilərsiniz:
Türkiyə diyanət vəqfinin nəşr etdiyi İslam ensiklopediyası, 17-ci cild, “Hayber” məqaləsi, s. 20-22.
Xeybər sözü İslamdan əvvəl Ərəb cəmiyyətində ad kimi işlədilirdi. Hazırkı dövrdə isə şəhər adı kimi bilinir. Eyni zamanda tarixi bir hadisə – Xeybərin fəth edilməsini də xatırladır.
Bununla belə, bu sözü uşağa ad qoymaq münasib deyil.
Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib bir ad qoyasınız.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.