Müsəlmanlar
Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü?

Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü?

Sual: Xəlifə Əbu Bəkr əvvəllər müsəlmanlığı qəbul edən, amma həzrəti Muhəmməd vəfat edəndən sonra İslamın 5 şərtindən biri olan zəkat ibadətini yerinə yetirməkdən imtina edən müsəlmanlarla müharibə edib. Belə çıxır ki, o vaxt zəkat verməyənlər vacib bir əməldən boyun qaçırıblar. Xəlifə Əbu Bəkrin bu hərəkəti düzgündür? Halbuki İslam dini dindən üz döndərənlərə belə, cəza vermir. Bu məsələni nə cür başa düşmək lazımdır?

Cavab: Xəlifə Əbu Bəkr siyasi hakimiyyətə qarşı hərəkət edənlərlə döyüşüb; ki, bu, müharibə cinayətidir. Qurani-Kərimə baxdıqda görürük ki, “namaz qıl(ın)”, “oruc tut(un)” kimi ibadətlə əlaqədar buyuruqlar tamamilə şəxsidir. Başqa sözlə, fərdlərə aiddir. Zəkat haqqında isə bir tərəfdən deyilir ki, zəkatı verin. Digər tərəfdən də siyasi hakimiyyəti təmsil edən həzrəti Muhəmmədə belə bir tapşırıq verilir:

“Onların mallarından zəkat (sədəqə) al! Belə et ki, onları pak edib təmizə çıxardasan (inkişaf etsinlər).” (Tövbə, 9/103)

Deməli, Quranda xüsusi olaraq vurğulanır ki, zəkat bir tərəfdən fərdi, digər bir tərəfdən də siyasi (dövləti maraqlandıran) cəhəti olan bir ibadətdir.

Tövbə surəsinin 60-cı ayəsindən də başa düşülür ki, zəkat birbaşa dövlət tərəfindən yığılır və dövlət xətti ilə 8 yerə bölünür. Bu səbəbdən zəkat digər ibadətlərdən ayrılır. Zəkat verməmək həm Allah, həm də dövlətə üsyan etmək deməkdir. Bu, cinayət hesab olunur.

Nəticə olaraq, xəlifə Əbu Bəkrin zəkat verməyənlərə müharibə elan etməyinin səbəbi də budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.