Sual: Quranda deyilir ki, kişi və qadın bir-birinin libasıdır. Bunu nə cür başa düşmək lazımdır?
Cavab: Bəli, Quranın Bəqərə surəsinin 187-ci ayəsində belə bir ifadə var. Paltar insanı qoruyur. Onun üstünü örtür. Kişi və qadın, yəni, ər-arvad da belədirlər. Bir-birlərini günahlardan qoruyurlar. Paltar insanı gözəl göstərir. Ər-arvad da bir-birlərinin eyiblərini örtürlər. Yəni, onlar bir-birlərini tamamlayırlar.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.