Müsəlmanlar

Bir hissəsi nağd, bir hissəsi də nisyə maşın almaq olar?

Sual: Mən özümə bir maşın almaq istəyirəm. Nağd qiyməti 20000 manatdır. Əlimdə o qədər yoxdur. Maşına da ehtiyacım var. Satıcı deyir ki, 10000 manat nağd ver, 15000 manatı da kreditlə 18 aya ödə. Bu işdə bir haramlıq ola bilər?

Cavab: Xeyr, bu işdə İslam dini baxımından bir problem yoxdur. Çünki bir maşının nağd və nisyə qiymətləri eyni olmur. Bu kimi məsələlər müqavilədən, başqa sözlə, razılaşmadan asılıdır.

Bir malı nağd qiymətinə nisbətən fərqli bir qiymətə nisyə satmaq olar. İslam hüququnda bu məsələyə dair fikir ayrılığı yoxdur.

Bir çox insan belə hesab edir ki, bu cür bir alış-verişdə faiz olur. Halbuki, burada əsas məsələ pulun malla dəyişdirilməsidir. İslam hüququna əsasən belə bir alış-satışda faiz meydana gəlmir. Məsələn, bir malı nağd 1000, nisyə 2000 manata satmaq caizdir; başqa sözlə, bunu etmək olar. Nağd və nisyə arasındakı fərq faiz deyil. (Kəmaləddin ibn Hümam, Fəthul-qədir, V cild, Bulaq, 1316-cı hicri il, s. 218.)

Qeyd edək ki, nisyə alış-satış məsələlərində razılaşma aparıldığı vaxt satılan mal, onun qiyməti və qiymətinin ödənməsi vaxtı müəyyən edilməlidir. Həmin üç şərt yerinə yetirildikdən sonra nağd və nisyə qiymətlərin bir-birindən fərqli olması mühüm deyil. (Şəmsəddin Əs-Səraxsi, Əl-Məbsut, XIII/8, babul-büyuil-fasidə, Şafii məzhəbindən Töhfətul-möhtac bi şərhil-minhac, II/37, babul-büyuil-mənhiyyi ənha və ma yətbəuha.)

Əsas odur ki, tərəflər bir-birinə kələk gəlməsin.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

Kredit və nisyə arasındakı fərq nədir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.