Sual: Mənim bir qızım dünyaya gəldi. Ona Ənnur Kübra adı qoymaq istəyirəm. Dini baxımdan bir problem olar?
Cavab: “Ənnur” sözünün əvvəlindəki “ən” Ərəb dilində müəyyənlik bildirən “əlif-lam (ال)” artiklıdır. Bu artikl “nur” sözünün əvvəlində olduğu vaxt həmin söz “ən-nur” kimi oxunur.
Lüğəvi mənaları “aydınlıq və işıqlı olmaq” olan “nur” sözü isə “nəvr” kökündən əmələ gəlib. Bu söz də aydınlıq və işıq deməkdir.
Kübra sözü isə daha böyük, çox böyük, ən böyük kimi mənalar verir. Bu söz qadın adı kimi də işlədilir.
Ənnur sözünün Azərbaycan dilində heç bir mənası yoxdur. Ona görə də yaxşı olar ki, qızınıza ya təkcə Kübra, ya da Nur adı qoyasınız. Təbii ki, seçim sizindir.
Nur adı ilə əlaqədar əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/1984.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.