Müsəlmanlar
Məzhəb imamlarının qəndil gecələri ilə əlaqədar fitvası olub?

Məzhəb imamlarının qəndil gecələri ilə əlaqədar fitvası olub?

Sual: Məni bir məsələ maraqlandırır: Məzhəblərin banisi olan və ya onların rəhbərləri kimi məlum olan şəxslərin qəndil gecələri barədə bir fitvaları olubmu? Siz qeyd edirsiniz ki, qəndil gecələri Osmanlı dövlətinin dövründə meydana gəlib. Bəs Osmanlılar nəyə əsasən qəndil gecəsini adət-ənənə halına gətiriblər?

Cavab: İmami-Əzəm Əbu Hənifə (vəfat tarixi hicri 150-ci il), İmam Malik (vəfat tarixi hicri 179-cu il) və Əhməd ibn Hənbəl (vəfat tarixi hicri 241-ci il) kimi məzhəb imamlarının qəndil gecələri ilə əlaqədar bir fitvaları yoxdur. Çünki onların dövründə bu gecələr qeyd edilmirdi.

Qəndil gecələri Osmanlı dövründə deyil, hicrətdən təqribən 350 il keçdikdən sonra Misirdə Fatimi şiə dövlətinin dövründə qeyd edilməyə başlanıb.

Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılıb. Bir sözlə, bu gecələrin ilk dəfə qeyd olunması Osmanlı dövründə baş verməyib. Sadəcə olaraq bu dövrdə qəndil adlandırılıb. Odur ki, bunları bir-birinə qarışdırmamaq lazımdır.

Qəndil gecələri haqqında ətraflı məlumat üçün aşağıdakı keçidə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/qendil

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.