Sual: Məlumdur ki, donuz əti yemək Allah tərəfindən haram olunub. Görəsən, Quran nazil olduğu dövrdə Məkkə və Mədinə kimi yerlərdə, ümumiyyətlə, o bölgələrdə donuz əti yeyirdilər? Əgər yeyənlər var idisə, onlar kim idilər?
Cavab: Quranın nazil olduğu dövrdə Məkkə, Mədinə və onların həndəvərində təkcə Ərəblər deyil, başqa xalq və dinlərin nümayəndələri də yaşayırdılar. Kəbə Məkkədədir. Buna görə də indiki dövrə qədər həmişə ticarət mərkəzi olub. Deməli, həmin dövrdə müxtəlif millət və dinləri təmsil edən insanlar istər həcc, istərsə də ticarətlə məşğul olmaq məqsədilə Məkkəyə gəlirdilər.
Yaddan çıxartmamaq lazımdır ki, Quranın ilk vaxtlarda müraciət etdiyi insanların arasında müşriklərlə yanaşı, “əhli-kitab” adlandırılan yəhudi və xristianlar da var idi. Yəhudilikdə donuz əti qəti surətdə haramdır. (Baxın: Levililər, 11:7; Təsniyə, 14:8.) Pavlusdan sonrakı xristianlığa baxdıqda isə görürük ki, donuz əti də daxil olmaqla hər şey caiz (icazəli) qəbul edilib. (Baxın: Korinflilər, 10:23-26; Timofey, 4:4-5.)
Pavlusun təhrif etdiyi dinə sahip olan xristianlar donuz əti yesə də Məkkə çevrəsində və Mədinədə yaşayan yəhudilər donuz əti yeməzdilər və indi də yemirlər.
Buradan belə bir nəticə çıxır ki, Quranın nazil olduğu dövrdə istər o bölgədə yaşayan, istərsə də ticarət məqsədilə Məkkəyə gələn xristianlar donuz saxlamış və ətiindən yemiş ola bilərlər amma yəhudilər və özlərini İbrahimin dinində görənlər yox.
İslam dininin əmr və qadağalarını dərk etmək üçün təbii ki, Quranın nazil olduğu bölgənin strateji mövqeyi nəzərə alınmalıdır. Amma bu dinin hökmləri həmin ərazilərlə məhdud deyil, əksinə, daha cahanşümuldur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.