Sual: Məlumdur ki, indiki dövrdə hamı alim deyil. Hamı hər şeyi bilməyə bilər. Belə bir şəraitdə bir alimə tabe olmaq, dini məsələlərdə onun yolunu tutmaq nə dərəcədə düzdür?
Cavab: Hər insanın həyatında bir müəllimə ehtiyacı olur. Bu, olduqca təbii bir haldır. Bununla belə, o müəllim yol göstərməlidir. Daha doğrusu, yol göstərən olmalıdır. Yoxsa gedib yolun üstündə oturmamalıdır. İnsanları Allaha aparan yolun üstündə oturan şeytandır.
Şeytan Allaha belə demişdi:
“Nə olursa-olsun, onlara görə sənin düz yolunun üstündə oturacağam. Sonra onların qarşılarından, arxalarından, sağlarından və sollarından gələcəyəm. Sən onların əksəriyyətinin təşəkkür etmədiklərini görəcəksən!” (Əraf, 7/16-17).
Odur ki, bir alim öz yanına gələnlərə (ona müraciət edənlərə): “Siz əvvəlcə mənim yanıma gəlin. Mən viza verdimmi, Cənnətə gedəcəksiniz”, – deməməlidir. Allahla bəndənin arasına girmək olmaz. “Allaha gedən yol buradan keçir. Elə isə gəlin, özünüzü bizə təslim edin” demək olmaz. Kim olursa olsun, özünü digər insanlardan üstün bir varlıq və Allahla bəndələrinin arasında vaitəçi kimi görməməlidir.
Bir sözlə alim insan sadəcə olaraq düzgün yolu göstərməlidir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar olaraq aşağıdakı cavablara da nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/737.html
http://www.muselmanlar.com/fitvalar/746.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.