Sual: Mən əynimdə şalvar olduğu halda bir yerdə oturanda dizlərimin üstü görünür. Bura övrət yerlərindən biridir. Elə isə dizin kənardan bilinməyi günahdır?
Cavab: Qurani-Kərimdə həm kişiyə, həm də qadına buyurulur ki, öz baxışlarına nəzarət etsin və övrət yerlərini örtülü saxlasın. Allah müsəlman şəxslərlə əlaqədar isə xüsusi olaraq belə buyurur:
“Mömin kişilərə de ki, baxışlarını aşağı salsınlar və namuslarını (fərc) qorusunlar.” (Nur, 24/30)
Fərc; kişi və qadının qabaq və arxasına, eləcə də onları əhatə edən yerə deyilir. Bu, diz qapağı ilə göbəyin arasındakı yerdir. Bu yerləri insanın həyat yoldaşından başqa heç kim görə bilməz.
Şalvar geyinən kişi övrət yerlərini örtmüş hesab olunur. Oturduqda, yeridikdə və ya hər hansı bir işi gördüyü vaxt dizlərinin üstünün kənardan bilinməyi təbii bir haldır.
Əsas odur ki, patlarınız bədəninizin rəngini bildirməsin. Eləcə də, çox dar olmasın.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.