Müsəlmanlar

Haram olan bir şeyi istehsal etmək və satmaq olar?

Sual: Allah tərəfindən qadağan olunan (haram) bir şeyi istehsal etmək və onun satışı ilə məşğul olmaq olar? Misal üçün, çaxır kimi.

Cavab: İslam dini ölkə və cəmiyyətin xeyrinə olmayan şeylərin istehsal və ticarətini haram hesab edir. Bunu aşağıdakı hədis belə izah edir:

“Allah və Onun elçisi Muhəmməd peyğəmbər içkini, eləcə də, qaydasına müvafiq olaraq kəsilmədən və ya ovlanmadan qabaq ölən (murdar olan) heyvan ətini, donuzu və bütlərin alınıb satılmağını haram etmişdir.” ((Buxari, Büyu, 105; Müslim, Büyu, 93; İbn Macə,  Ticarat, 11.))

Başqa bir hədisdə də belə deyilir:

“Allah bir şeyin istifadə olunmağını haram edibsə, ondan götürülən qazanc da haramdır.” ((Əbu Davud, Büyu, 63-64.))

Sualınızda qeyd etdiyiniz çaxır məsələsinə gəldikdə, peyğəmbərimiz (s. a. v.) onunla əlaqədar 10 nəfərə lənət edib:

“Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana.” ((Tirmizi, Büyu, 59; Əbu Davud, Əşribə, 2.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.