Sual: Faizlə işləyən banklarla faiz almadan işləmək olar? Misal üçün, faiz almadan banka pul qoymaq, kredit kartı işlətmək, həmin bankların həyata keçirdikləri endirimli kampaniyalardan istifadə etmək, EFT, pul transferləri və swift kimi müəyyən qədər ödəniş tələb edən əməliyyatları aparmaq olar?
Cavab: Bankların həyata keçirdiyi əməliyyatlar əsasən 2 yerə bölünür:
1) Bank işi xidmətləri. Buna bütün iqtisadi sistemlərdə ehtiyac var. Bunlar olmadan bəzi mühüm iqtisadi işləri görmək mümkün deyil. Sualınızda qeyd etdiyiniz xidmətlərin hamısı (pulun əmanət bankında saxlanması, pul köçürmələri, kredit kartları xidməti və sairə) bu qrupa daxildir. Burada göstərilən xidmətlərin müqabilində müəyyən qədər pul alınır. Bunda dini cəhətdən heç bir problem yoxdur.
2) Kredit. Bu, tamamilə başqa bir sahədir. Problem buradadır. Çünki kredit faizli borc, yəni, borcdan götürülən gəlir deməkdir. Faiz isə haramdır.
Nəticə olaraq, faizli əməliyyatlar da aparan bir bankla faizsiz iş görmək olar.
Suala cavab verdi: Abdulaziz Bayındır ((İstanbul Universitetinin müəllimi, professor.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.