Sual: Bir ilahiyyatçı deyir ki, içki içmək dəstəmazı pozmur. Bu düzdür?
Cavab: Dəstəmazı pozan amillər Quranın Maidə surəsinin 6-cı ayəsində izah edilib:
“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün.”
Ayədə qeyd edilir ki, dəstəmaz ayaqyolunda baş verənlərin nəticəsində pozulur.
İçki içmək dəstəmazı pozan amillərdən biri deyil. Amma bir müsəlmanın içki içməyi də haramdır.
http://www.muselmanlar.com/fitvalar/2105.html
Allah Quranda belə buyurur:
“Ey iman edənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız. Şeytanın istədiyi yeganə şey sərxoşluq verən içkilər və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi? Allaha itaət edin, (Onun) Elçisinə itaət edin və (asi olmaqdan) çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir.” (Maidə, 5/90-92)
http://www.muselmanlar.com/fitvalar/3669.html
http://www.muselmanlar.com/fitvalar/1851.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.