Müsəlmanlar
Qız uşağına Helen adı qoymaq olar?

Qız uşağına Helen adı qoymaq olar?

Sual: İnşallah bu yaxınlarda bir qızımız dünyaya gələcək. Ona Helen adını qoysaq, olar? Yeri gəlmişkən, deyim ki, Əshabi-Kəhf kinofilmində Maksimilianusun arvadının adı Helendir. Bu adda dini cəhətdən bir eyib var?

Cavab: Helen (Helene, Helin) Yunan mifologiyasına əsasən Troya müharibəsinə bais olan qadındır. Əfsanələrdə qeyd olunur ki, bu qadın qədim Yunan politeist cəmiyyətində tanrılardan biri kimi qəbul olunan Zevsin ((Qədim Yunan dilində Ζεύς (Zevs), müasir Yunan dilində isə Δίας (Dias) kimi yazılır.)) qeyri-qanuni uşağıdır.

Bu ad insana birbaşa qədim Yunan politeist cəmiyyətini xatırladır. Odur ki, biz sizə qızınıza belə bir ad qoymağınızı məsləhət bilmirik. Təbii ki, qərar yenə sizdən asılıdır. Biz sadəcə olaraq ümumi qaydalardan danışırıq.

Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib bir ad qoyasınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.