Müsəlmanlar
İslamda üzgüçülüyə münasibət

İslamda üzgüçülüyə münasibət

Sual: Mən üzgüçülüklə məşğul oluram. Həm üzgüçülük müəllimiyəm, həm də milli və beynəlxalq yarışlarda bir idmançı kimi iştirak edirəm. Bəzən belə fikirləşirəm ki, bu işdən çörək yemək günahdır. Xahiş edirəm, deyin, İslam dini üzgüçülüyə necə yanaşır? Üzgüçülük müəllimi işləmək olar?

Cavab: Sualınıza cavab olaraq aşağıdakı hədisi qeyd etmək istəyirik:

Həzrəti Muhəmməd (s. a. v.) belə demişdir:

“Uşaqlarınıza ox atmağı, ata minməyi və üzməyi öyrədin.” ((Tayalisi, Sünən, 2096.))

Bu hədis göstərir ki, uşaqlara üzməyi öyrətmək peyğəmbərimiz tərəfindən məsləhət görülən bir işdir.

Qeyd edək ki, həzrəti peyğəmbər (s. a. v.) özü də üzməyi bilirdi. O, hələ uşaq vaxtı bir dəfə anası və Ümmü Eymən adlı bir qulluqçu ilə birlikdə Mədinəyə getmişdi. Orada Bəni Nəccar qəbiləsindən olan ən-Nabiğə adlı bir nəfərin evində qalmışdı. Atası Abdullanın qəbri də orada idi. Həzrəti Muhəmməd bu gəzintisi vaxtı həmin qəbiləyə məxsus olan kiçik bir hovuzda üzməyi öyrənmişdi. ((Muhəmməd Həmidullah, İslam peyğəmbəri, 1-ci cild, s. 42 (İbn Səd, Təbəqat, I/1, s. 73).))

Nəticə olaraq deməliyik ki, üzməyi öyrənmək və öyrətmək İslam dini baxımından mühüm bir məsələdir. Əlavə olaraq üzməyi bilmək bir ehtiyacdır. Odur ki, bu işlə məşğul olmaq təqdirəlayiq bir haldır. Bu işdən əldə olunan qazanc da halaldır.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2537.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.