Sual: Bir qadın müstəhəb bir ibadət, misal üçün, namaz qılmaq və oruc tutmaq üçün ərindən icazə almalıdır?
Cavab: İbadət üçün icazə almağa ehtiyac yoxdur. Amma əri o qadınla cinsi əlaqədə olmaq istəsə və qadın: “Mən filan müstəhəb orucu tutmuşam, orucluyam”, – desə, ərinin o orucu pozdurmağa ixtiyarı var. Əgər qadının tutduğu oruc fərzdirsə (Ramazan ayının orucu), təbii ki, kişi cinsi əlaqə üçün belə edə bilməz.
İndi isə gələk namaz məsələsinə. Tutalım ki, sizin bir firmanız var. Orada işləyən əməkdaşlar fərz namazları sizdən soruşmadan qıla bilərlər. Amma müstəhəb namazları qılmaq üçün sizdən icazə almalıdırlar. Çünki onlar oraya işləmək üçün gəlirlər. Dəstəmaz alarkən və namazda vaxtı uzada bilməzlər.
Odur ki, bir qadın da əgər ərinin onunla (xörək hazırlamaq, cinsi əlaqə və bu kimi) hansısa bir işi varsa, müstəhəb namazlarını çox uzatmamalıdır. Daha doğrusu, qıldığı vaxtı düzgün seçməlidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.