Müsəlmanlar

Homoseksual olmaq

Sual: Mən homoseksualam. 17 yaşında bir oğlanam və özümdə kişilərə qarşı yaxınlıq hiss edirəm. Ancaq olduqca dindar bir ailənin övladıyam və elə özüm də dindaram. Bu məsələ ilə əlaqədar olaraq həkimlərlə də məsləhətləşmişəm. Onlar mənə dedilər ki, homoseksuallığın dəyişməsi mümkün deyil. Öz araşdırmalarım nəticəsində də öyrəndim ki, homoseksuallıq irsidir (genetik) və bunu hazırki tibbi şəraitdə dəyişdirmək olmur. Məni bu məsələdə ən çox maraqlandıran şey budur: Əgər mən ömrüm boyu öz hislərimə hakim olub cinsi əlaqədə olmasam, günahkar olaram? Ya da əgər mənim kiminləsə cinsi əlaqəyə girmədən sadəcə olaraq romantik bir münasibətim olsa, bu günah olar? Verəcəyiniz cavab üçün əvvəlcədən təşəkkür edirəm. Mənim və belə hesab edirəm ki, mənim kimi bir çox insanın da bu məsələdə köməyə ehtiyacı var.

Cavab: Siz kişi xeylağı olduğunuza görə özünüzü kişi kimi aparmağa çalışın. Allah kişinin kişi ilə intim münasibət yaratmağını qadağan edib və bu işi görən Lut qövmü barədə belə buyurub:

“Biz Lutu da peyğəmbər göndərdik. O qövmünə belə dedi: “Siz dünyada əvvəllər heç kəsin etmədiyi bir fahişəlik növü ilə (çox iyrənc bir əməllə) məşğul olursunuz?”.

“Siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Şübhə yoxdur ki, siz hər cür həddi aşan azğın bir cəmiyyətsiniz”.

“Qövmünün cavabı: “Onları (Lut və tərəfdarlarını) məmləkətinizdən çıxardıb qovun. Çünki onlar çox təmizlənən insanlar imişlər!”, – deməkdən başqa bir şey olmadı”.

“Belə olduqda biz Lut və tərəfdarlarını xilas etdik; ancaq onun arvadı arxada qalıb həlak olanlardan oldu”.

Onların üzərinə bir əzab yağmuru yağdırdıq. Budur, bax! Günahkar kafirlərin axırı necə oldu (Əraf, 7/80-84)!”.

Siz sizə verilən kişilik vəzifəsini əlinizdən gəldiyi qədər yerinə yetirməyə çalışmalı və Allahdan kömək diləməlisiniz. Gücünüz çatmayan şeylərdən məsul olmazsınız. Başqa sözlə, əgər maraqlanmadığınıza görə bir qadınla evlənməsəniz, bunun sizin üstünüzdə bir məsuliyyəti olmaz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.