Müsəlmanlar
Oğlan uşağına Əbsar adı qoymaq olar?

Oğlan uşağına Əbsar adı qoymaq olar?

Sual: Quranda işlədilən əbsar sözünün mənası nədir? Bu sözü oğlan uşaqlarına ad qoymaq olar?

Cavab: Əbsar (لأبصار) sözü Ərəb dilində göz mənası verən bəsər sözünün cəm formasıdır. Mənası gözlər deməkdir.

Ölkəmizdə uşaqlara belə bir ad qoyulmur. Yəni, bizim belə bir adətimiz yoxdur.

Unutmamaq lazımdır ki, bir sözün Quranda işlədilməsi onun ad kimi istifadə edilməyinin mümkün olduğunu bildirmir.

Odur ki, bunun əvəzinə milli mədəniyyət və dinimizə müvafiq bir ad seçməyinizi məsləhət görürük.

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.