Müsəlmanlar

Təəssüb nə deməkdir?

Sual: Təəssüb nə deməkdir? Bu sözlə nə nəzərdə tutulur?

Cavab: Təəssüb lüğəvi olaraq tutmaq, yaxalamaq, əhatə etmək, bürüməkbağlamaq kimi mənalar bildirən asb (usub) kökündən törəmiş bir sözdür. Mənası öz nəslindən olanlara kömək etmək, kor-koranə bağlanmaq deməkdir. Təəssüb kəlməsi ümumiyyətlə əsəbiyyət sözünə bərabər hesab edilir.

Əvvəllər qəbilə təəssübkeşliyi mənasında işlədilən əsəbiyyət ifadəsi vaxt keçdikcə daha geniş bir milli (etnik) və siyasi məzmun kəsb etmişdir. Buna Qərb dillərində fanatizm, Azərbaycan dilində fanatizm və təəssübkeşlik deyilir.

Təəssüb sözü əsas etibarilə din, düşüncə, siyasət, ideologiya, milliyyət kimi bir çox sahədə qatı mühafizəkarlığı, o cümlədən müxtəlif fikir və qəbulları təhqir edib aradan qaldırmaq təmayülünü və müxtəlifliyə qarşı ifrat dözümsüzlüyü ifadə edən bir termin və məfhum kimi də işlədilir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/dusunce-sahesi/281.html

http://www.muselmanlar.com/fitvalar/806.html

http://www.muselmanlar.com/fitvalar/817.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.