Müsəlmanlar
Şagird və tələbələr namazlarını cəm edə bilərlər?

Şagird və tələbələr namazlarını cəm edə bilərlər?

Sual: Şagird və tələbələr günorta namazına 5 dəqiqə qalmış dərsə girirlər. Dərsdən axşam namazından sonra çıxırlar. Beləcə, zöhr və əsr namazlarını qıla bilmirlər. Belə olan halda, zöhr əzanına 15 dəqiqə qalmış zöhr və əsr namazlarını birləşdirib qıla bilərlər?

Cavab: Vaxt namazın şərtlərindən biridir. Vaxt çıxdıqdan sonra namaz qılmaq olmaz. Eynilə bunun kimi, vaxt daxil olmadan da namaz qılmaq olmaz. Başqa sözlə desək, tələbələr namazın vaxtı girməmiş namaz qıla bilməzlər. Ancaq bəzi seçimlər edə bilərlər:

1. Birinci tənəffüsdə dərhal günorta (zöhr) və ikindi (əsr) namazlarını birləşdirib qıla bilərlər (cəmi-təqdim). Bunun üçün namazların təkcə vaciblərini qılmaq kifayətdir.

2. Yaxud da ikindi vaxtı daxil olduqda yenə tənəffüsdə günorta və ikindini cəm edə bilərlər (cəmi-təxir).

3. Namaz qılmaq üçün bir məscidə getməkləri şərt deyil. Sinif otaqlarında (əgər problem yaranmayacaqsa) və ya məktəbin namaz qılmaq üçün əlverişli olan hər hansı bir yerində ibadət edə bilərlər.

4. Çox çətin bir vəziyyət yaranıbsa, Bəqərə surəsinin 239-cu ayəsinə əsasən yeriyə-yeriyə və ya oturulu halda namaz qıla bilərlər. Amma heç bir halda namazları qəzaya saxlaya bilməzlər.

5. Dəstəmaz aldıqda və namaz qıldıqda ayaqqabıları çıxartmaq şərt deyil. Dəstəmazda ayaqqabıların üstünə məsh emtək olar. Eləcə də, bu kimi hallarda ayaqqabılı namaz qılmaq da mümkündür. Bu, İslam dinində mövcud olan asanlıqlardan biridir.

Namazların birləşdirilib qılınmağı ilə əlaqədar tədqiqatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/1953.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.