Sual: Biz ailədə 3 uşağıq. Atamız öldü. Anamız sağdır. Atamızdan qalan miras mallarını 3 yerə bölməliyik, yoxsa 4? Bəlkə, hamısı anamıza çatmalıdır?
Cavab: Miras mallarının səkkizdə biri ananızındır. Əgər nənə və babanız (atanızın ana və atası) yoxdursa, mirasdan qalan hissə 3 uşağın (ölənin övladları) arasında bölüşdürülməlidir.
Əgər 3 uşağın hamısı qız və ya oğlandırsa, bu halda onlar miras mallarından bərabər ölçüdə pay almalıdırlar.
Əgər uşaqlar 1 oğlan, 2 qız və ya 2 oğlan, 1 qız olaraq qarışıqdırlarsa, oğlan mirasdan 2 qız payı qədər pay alır. Ümumi qayda budur.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabı da nəzərdən keçirin:
http://www.muselmanlar.com/fitvalar/1385.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.