Müsəlmanlar
Bir şeyi tərəzidə çəkəndə tara nəzərə alınmalıdır?

Bir şeyi tərəzidə çəkəndə tara nəzərə alınmalıdır?

Sual: Hər şeydən əvvəl deyim ki, mənim öz mini marketim var. Satıcısı da mənəm. Sualım budur: Ərzaq məhsulları və ya meyvə-tərəvəz kimi şeylər satan satıcı tərəzidə tara məsələsini nəzərə almalıdır? Yoxsa klokqarışıq çəkmək də olar? Bəzən elə olur ki, kağız torba və kloklar 100 qram ağırlıqda olur. Alıcı da bir şeydən bəzən yarım kq, hətta daha az almalı olur. Belə olan halda, nə etmək lazımdır? İslam dini baxımından alıcının bununla əlaqədar olaraq satıcıya xəbərdarlıq etməyə haqqı var?

Cavab: Satıcı çəki ilə satılan bir şey satdığı vaxt tara faktorunu mütləq nəzərə almalıdır. Bu, təkcə dinin istəyi deyil; müvafiq qanun və istehlakçının hüquqları nizamnaməsi də belə tələb edir. Çünki alıcı qabı (klok, torba, kisə və sairə) satın almır, onun içindəki məhsulu, məsələn, kartof, ət, alma və ya qəndi alır.

Əgər satıcı hansısa klok, torba, qutu və bu kimi qablaşdırıcı şeylər üçün xərc çəkirsə, onları da qiymətlərə əlavə edə bilər.

Alıcının mənfi bir halla üzləşdiyi vaxt satıcıya xəbərdarlıq etməyə haqqı var.

Allah Qurani-Kərimdə insanlara tərəzidə düz olmaqlarını əmr edir:

“Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!” (İsra, 17/35)

“Vay halına çəkidə və ölçüdə aldadanların!

O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.” (Mutaffifin, 83/1-3)

Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!

Düz tərəzi ilə çəkin!

İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!

Və sizi də, sizdən əvvəlki nəsilləri də Yaradandan qorxun!” (Şura, 26/181-184)

Nəticə olaraq, siz də bir müsəlman kimi bu məsələdə düzgün hərəkət etməli, başqaları üçün gözəl bir nümunə olmalısınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.